"Kollektiv Putin": Baş Kəşfiyyat İdarəsi Kreml rəhbərini oxşarlarının əvəz etdiyini sübut etdi...

Oxunma sayı: 138
3-08-2022, 18:14

"Kollektiv Putin": Baş Kəşfiyyat İdarəsi Kreml rəhbərini oxşarlarının əvəz etdiyini sübut etdi...
"1999-2010-cu illərdə bizə göstərilən adamla bu gün göstərilən adam dəqiq müxtəlif insanlardır..."

"Sifətin və çənənin formalarının dəyişməsini botoks inyeksiyaları ilə izah etmək olar, lakin hər bir insanın qulaq seyvanının forması inikaldır və təkrar oluna bilməz..."

Rusiya prezidenti Vladimir Putinin oxşarları var və onu müxtəlif yerlərdə ictimaiyyət qarşısında əvəzləyə bilər.

Arasdırma.info xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kiril Budanov özünün "Facebook" səhifəsində avqustun 2-də yazıb.

"Əgər siz 1999-cu ildə göstərilən hətta açıq informasiya mənbələrindən təhlil aparsanız, 2010-cu ilədək əsasən oxşarları olub. Amma, ümumiyyətlə, o adam və bu gün göstərilən adam dəqiq müxtəlif insanlardır", - Budanov əmin edib.

Onun sözlərinə görə, Rusiya prezidentinin rolunu oynayan personajlar arasında fərqi müstəqil şəkildə ayırd etmək mümkündür. Axı, əgər diqqətlə baxsaq, görərik ki, "putinlərin" maneraları, yerişi, qaşların və çənənin formaları, saç artımı xətləri, hətta boyları da müxtəlifdir. Lakin sifətin və çənənin formalarının dəyişməsini botoks inyeksiyaları ilə izah etmək olsa da, ən başlıca sübutu-qulaq seyvanının quruluşunu görməmək mümkün deyil.

"Qulağın şəkli başqadır. Bu isə əl izinə bənzəyir, hər bir insanın qulağının şəkli unikaldır, təkrar oluna bilməz", - ukraynalı baş kəşfiyyatçı belə şərh edib.

Bundan başqa, beynəlxalq KİV-lər və çoxsaylı ekspertlər dəfələrlə Kreml rəhbərinin səhhətinin pis olması barədə bəyan edib. Bəzən kadrlarda Putinin dayaq-hərəkət aparatı ilə bağlı problemlər sezilir, onun sağ əli hərəkətsiz qalır.

Məsələn, aprelin 12-də Putin Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşüb. Görüş zamanı o, kresloda qeyri-təbii pozada, sağ əli ilə masanın kənarından tutub və hərəkətsiz qalıb.

Sağ ətrafinda problemlərlə bağlı bir çox KİV-lər Putinin iyulun 31-də Kronştadta səfəri barədə xəbərlər süjetindən sonra yazıb. O zaman müdafiə nazirinin qızı Kseniya ilə gəzişərkən, o, sol əli ilə ağcaqanadları qovub, sağ əli hərəkətsiz vəziyyətdə asılı qalıb.

Jurnalistlər həmçinin mayın 9-da Moskvada Qələbə paradını da xatırladıb. O zaman Kremlin 69 yaşlı rəhbəri ağrılı görünüb, sifəti arıqlayıb, axsayıb və praktiki olaraq bütün təntənəli tədbiri oturaq vəziyyətdə və paltoya bürünmüş halda keçirib.

Lakin ötən ay İrana səfəri zamanı Putin möcüzə nəticəsində canlanıb, təyyarənin pilləkənindən cəld enib, hərəkilik və enerji nümayiş etdirib.

"Kollektiv Putin maksimal olaraq düzgün ifadədir. Bu gün şərti Putinin rolunu kimin icra etməsi məsələsi tamamilə açıq qalır", - Kiril Budanov sözlərinə yekun vurub.//moderator

Paylaş
Xəbər lentİ