Səfirliyimizə hücum edənlər belə saxlanıldı - VİDEO

Oxunma sayı: 158
5-08-2022, 02:33

Səfirliyimizə hücum edənlər belə saxlanıldı - VİDEO
Xəbər verdiyimiz kimi, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə dini radikalların hücumu baş verib. Radikallar səfirlik binasına daxil olub, bayrağımıza qarşı qeyri-əxlaqi hərəkət edib. Yalnız polisin müdaxiləsindən sonar onları səfirliyimizin binasından çıxarmaq mümkün olub.

Arasdırma.info xəbər verir ki, hücumu Mehdi Qulluqçuları Birliyi adlı qrup üzvləri reallaşdırıb. Məlumata görə bu, Londonda yerləşən şiə müsəlman təşkilatıdır və öz internet səhifəsində “sivilizasiya hökmranlığı” qurmaq istədiyini bildirir.

Təşkilatın lideri Yasir əl-Həbib mübahisəli bir din xadimidir, onun “Cənnət xanımı” filmi islam tarixinin yanlış şərhinə görə bəzi sünni müsəlmanların etirazlarından sonra bu ilin əvvəlində İngiltərə kinoteatrlarında yayımdan qaldırılıb.

Qrup üzvləri Azərbaycan hökuməti tərəfindən ölkədəki bəzi şiələrin guya “təqibinə” etiraz ediblər.

Qrup bəyanatda bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevə qarşı “təcili tədbir görülməsi” üçün onlara rəhbərləri tərəfindən göstəriş verilib.

Ana vətəni Küveytdə hakimiyyətlə münaqişəyə girdikdən sonra Böyük Britaniyadan sığınacaq alan Əl-Həbib Bukingemşirdə məscid işlədir.

İranın Londondakı səfirliyi daha əvvəl qrupu 2018-ci ildə səfriliyin əmlakına hücumda ittiham etmişdi.

Qeyd edək ki, sosial şəbəkələrdə əslində həmin qruplaşmanın dolayısı ilə İrana bağlı olduğu haqda iddialar da səsləndirilir.//publika

Paylaş
Xəbər lentİ