Rusiyalı bloger evində qətlə yetirildi - Fotolar

Oxunma sayı: 176
12-08-2022, 08:03

Rusiyalı bloger evində qətlə yetirildi - Fotolar
TikTok videoları ilə tanınan rusiyalı bloger Anastasiya Qrişman Sankt-Peterburqda kirayə qaldığı mənzilində ölü tapılıb.


Arasdırma.info xəbər verir ki, bir gün əvvəl Anastasiyanın dostu polisə müraciət edərək onunla bir neçə həftədir əlaqə saxlaya bilmədiyini bildirib. Bu səbəbdən evə baxış keçirən hüquq-mühafizə orqanının əməkdaşları 26 yaşlı blogerinin cəsədini mənzilində aşkarlayıblar. Onun boynundan altı bıçaq zərbəsi aldığı bildirilib.

İlkin məlumata görə, Anastasiya yataq otağında öldürülsə də daha sonra vanna otağına aparılıb. Bundan başqa, mənzildə əşyalarla dolu bir çamadan tapılıb.

Maraqlı məqamlardan biri isə blogerin itkin düşdüyü gündən bu yana - 1 həftədir hesablarının aktiv şəkildə istifadə olunmasıdır.

Hazırda bir nömrəli şübhəli kimi onun sevgilisi - əvvəllər iki dəfə oğurluq və hərbi xidmətdən yayınma ittihamı ilə məhkum olunmuş 24 yaşlı Dmitri Çernışov saxlanılıb.//axsam.az
Rusiyalı bloger evində qətlə yetirildi - Fotolar
Rusiyalı bloger evində qətlə yetirildi - Fotolar
Rusiyalı bloger evində qətlə yetirildi - Fotolar

Paylaş
Xəbər lentİ