Azərbaycanlı müəllim Özbəkistanda məşhur məktəbin direktoru oldu

Oxunma sayı: 122
14-08-2022, 00:38

Azərbaycanlı müəllim Özbəkistanda məşhur məktəbin direktoru oldu
Lənkərandan olan biologiya üzrə fəlsəfə doktoru Həsən Həsənov Özbəkistanın paytaxtı Daşkənd şəhərində yerləşən Əl-Biruni Beynəlxalq Məktəbi (Al-Beruniy İnternational School) STEM Akademiyasının direktoru vəzifəsinə təyin olunub.
Arasdırma.info xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Qeyd edək ki, Həsən Həsənov Gəncə Dövlət Universitetinin “Kimya-biologiya" fakültəsini (bakalavr) bitirib. ︎2001-ci ildən müxtəlif özəl məktəblərdə müəllim və idarəçi kimi fəaliyyət göstərib. ︎2010-cu ildə ADPİ-nin “İnsan fiziologiyası” fakültəsində magistr təhsili alıb. ︎2014-ci ildə isə AMEA-nin Mikrobiologiya İnsititunda təhsilini davam etdirərək biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib. Son 10 ildə pedoqoji fəaliyyətini Azərbaycan Britaniya Kollecində (ABC-Azerbaijan British College) müdir müavini və biologiya müəllimi kimi davam etdirib. Bu illər ərzində Böyük Britaniyanın Derbi Universitetində (University of Derby) Təhsilin idarə olunması və menecerlik diplomunu, daha sonra isə Vulverhempton Universitetində (University of Wolverhampton) direktorluq kvalifikasiyasını əldə edib. Təhsil Nazirliyi tərəfindən təşkil olunan qrant müsabiqəsinin 4 il ardıcıl qalibi olub.//yeniavaz

Paylaş
Xəbər lentİ