Atılmış uşaq 70 il eyni yerdə anasının yolunu gözlədi - FOTO

Oxunma sayı: 24
16-08-2022, 19:08

Atılmış uşaq 70 il eyni yerdə anasının yolunu gözlədi - FOTO

Arasdırma.info Lent.az -a istinadən oxuculara çox maraqlı və eyni zamanda hüznlü bir həyat hekayəsini təqdim edir:

1928-ci ildə Mardin şəhərindən 14 km uzaqlıqda yerləşən Binebil kəndində doğulmuşdu Circis Kaplan. Bir Süryani ailənin övladıydı. Circis adını ona sonralar bütün ömrünü keçirəcəyi monastrda vermişdilər. Anası isə onu “Bahe” ( bulbul) deyə çağırırdı. Atası hamballıq edərək ailəni zorla dolandırırdı. Özündən böyük iki bacısı var idi və ömrünün ilk 2 ilini varlı olmasa da, xoşbəxt körpə olaraq yaşamışdı balaca bulbul.

Yaş yarımlıq olanda anası beşikdə yatan Baheni həyətdə tək qoyub iş dalınca evə girir. Bu zaman həyətdəki xoruz uşağa hücum edir. Bahenin üz gözü yaralanır, lakin dərd bununla bitmir, yalnız 4 yaşına çatanda valideynləri anlayırlar ki, xoruzun hücumu psixoloji zərbələr də vurub, uşaqda əqli inkişaf normal getmir. Bahe danışa bilmir və baş verənləri anlamaqda çətinlik çəkirdi. Elə o gündən yaşı artsa da, Bahenin ağlı balaca uşaq ağlı kimi qalır.

6 yaşı olanda Bahenin hambal atası ağır yük altında qalıb ölür. Ana evin yükünü çiyninə alsa da, öhdəsindən gələ bilmir. Uşaqlarını aclıqdan , səfalətdən qorumaq üçün atası evinə dönməyə qərar verir. Lakin qarşısına ailəsi tərəfindən qəddar şərt qoyulur. “Ağlı kəm övladına verməyə çörəyimiz yoxdur, onu gətirmə”.

Ana qızlarını yanına alsa da, Bahedən göz yaşları içərisində ayrılmalı olur. Onu Mardindəki Süryani monastrının qapısı önündə qoyub son kəs boynuna sarılır. “Mən sənin ardınca gələcəm, Bahe. Unutma, sənin ananın adı Vediadır”. Ana qapıdan aralanana qədər dəfələrlə eyni sözü təkrarlayır. “Biz qayıdacağıq”.

Balaca Bahenin də ağlına elə bu sözlər ilişib qalır, inanır, bir gün anasının geri dönəcəyinə bütün qəlbiylə, saflığı ilə inanır. Onu tanıyanlar ömrü boyu dilindən iki kəlmədən başqa bir şey eşiməmişdilər. O gah “ana” deyirdi, gah da “Vedia”.

Monastrdakı din xadimləri atılmış uşağa sahib çıxırlar. O, monastrın həyətində gah bağbanlıq edir, gah süpürgəçilik. Amma qapıya hər kölgə düşəndə, hər taqqıltı eşidəndə sevinib “Ana”, deyə qaçırmış. Monastrdakılar da ona alışmışdılar, Lakin onun haqqında danışanda qəribə bir ifadə işlədirdilər: “Bahe bu monastrın daşıdır. Onun yoxluğu ilə monastrımızdan bir daş azalacaq”.

Ürəyində yalnız sevgi olan bu saf adam hər kəsin gözünə nə üçün daş kimi görünmüşdü? Bilinmir.

Bahe anasının ona öyrətdiyi ərəb dilində danışır, nə türk, nə də süryani dilini qəbul etmək istəmirdi. Görünür dilini dəyişsə, anasının onu tanıya bilməyəcəyini düşünmüşdü. Bu ümidlə o 70 il ana yolu gözləyir.

Baheni görən hər kəs sanki qarşısında qoca görünən balaca saf uşaq olduğunu düşündüyünü deyir.

Bu hadisə Mardinin Kırklar Kilsəsinə tabe olan Delrulzafaran Monastrında baş verib və hadisəni kilsənin baş keşişi Qabriyel Akyüz danışıb. Onun sözlərinə görə, Bahe 70 il eyni saflıq, eyni həsrətlə anasının yolunu gözləyib və nəhayət 2014-cü ildə anasını gözlədiyi yerdə, kilsə qapısı ağzında həyatla vidalaşıb.

Paylaş
Xəbər lentİ