Bu sürətli sərnişin təyyarəsi iki dəfə tez çatacaq.

Oxunma sayı: 137
19-08-2022, 03:10

Bu sürətli sərnişin təyyarəsi iki dəfə tez  çatacaq.
ABŞ-ın səsdən sürətli təyyarə istehsalçısı "Boom Supersonic" təyyarə ilə səyahət müddətlərini yarıya endirməyə hazırlaşır.
Arasdırma.info Bakupost.aza istinadən bildirir ki, şirkətin ərsəyə gətirdiyi "Overture" təyyarəsi İstanbuldan Nyu-Yorka 4 saatda, Nyu-Yorkdan Londona isə 3 saatda uçacaq.
Dünyanın ən sürətli sərnişin təyyarəsi olan "Overture" 2029-cu ildən xidmətə veriləcək. Bununla bağlı "American Airlines" artıq müqavilə də imzalayıb və 20 ədəd yeni təyyarə alıb.
Saatda 2 min kilometr yol qət edə bilən təyyarənin ən önəmli xüsusiyyətlərindən biri də ekoloji cəhətdən 100 faiz təmiz materialdan hazırlanması və təmiz enerji ilə işləməsidir.
Bu sürətli sərnişin təyyarəsi iki dəfə tez  çatacaq.
Bu sürətli sərnişin təyyarəsi iki dəfə tez  çatacaq.

Paylaş
Xəbər lentİ