Türkiyənin ən zəngin aktyoru məlum oldu

Oxunma sayı: 118
26-08-2022, 08:28

Türkiyənin ən zəngin aktyoru məlum oldu
Türkiyənin ən zəngin aktyorunun adı məlum olub.

Arasdırma.info Türkiyə mediasına istinadən xəbər verir ki, dünyaca məşhur ulduzların taleyini müəyyən edən internet saytı türk ulduzları da müzakirə edib. Bununla da Türkiyənin ən zəngin aktyorunun adı məlum olub.

Aktyorların rol aldığı proyektlərdən, bağladıqları reklam müqavilələrindən orta rəqəm hesablayan sayta görə, Türkiyənin ən zəngin aktyoru Kıvanç Tatlıtuğ olub. Onun sərvətinin 10 milyon dollar olduğu vurğulanıb.

Siyahıda digər aktyorların da adları qeyd olunub.

Demet Özdemirin sərvətinin 5 milyon dollar, Serenay Sarıkayanın 6 milyon dollar, Hande Erçelin 8 milyon dollar, Can Yamanın 9 milyon dollar sərvəti olduğu müəyyənləşib.//azxeber

Paylaş
Xəbər lentİ