NASA rəhbəri: “Yer sakinləri Aya yaşamaq və təhsil almaq üçün gedəcək”

Oxunma sayı: 108
29-08-2022, 23:56

NASA rəhbəri: “Yer sakinləri Aya yaşamaq və təhsil almaq üçün gedəcək”
“Yer sakinləri Aya yaşamaq və təhsil almaq üçün gedəcək”.

Arasdırma.info xəbər verir ki,“Report”un məlumatına görə, bu barədə ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) rəhbəri Bill Nelson NBC telekanalına bildirib.

NASA rəhbərinin sözlərinə görə, məhz bu vəzifələrin miqyası astronavtların Yerin peykinin səthinə yeni enişinə bu qədər uzun müddətli hazırlıq faktını izah edir.

Aya astronavtların növbəti enişinin məqsədi insanın Yerin təbii peykində daha uzun müddət qalmasını təmin etmək olacaq ki, bu da yeni texnologiyaların yaşamasını və öyrənilməsini nəzərdə tutur.

“Biz yalnız Aya eniş, orada bir neçə gün qalıb uzaqlaşmaqdansa, daha uzun müddət qalmağa diqqət yetirməliyik”, - Nelson deyib.

NASA rəhbəri bununla yanaşı əlavə edib ki, yaxın perspektivdə insanların Ayda yaşaması mümkün deyil. Bunun üçün insanlara başqa göy cisimlərində yaşamağa imkan verən yeni texnologiyalar lazımdır.

“Aya eniş etdikdən sonra Yer sakinlərini Marsa səfər gözləyir”, - NASA rəhbəri vurğulayıb.

Paylaş
Xəbər lentİ