Gülşənin həbsxanadan çıxma anının görüntüləri yayıldı - Video

Oxunma sayı: 115
30-08-2022, 00:32

Gülşənin həbsxanadan çıxma anının görüntüləri yayıldı - Video
Xəbər verdiyimiz kimi, məhkəmə türkiyəli müğənni Gülşəni ev dustaqlığına buraxıb.

“Qafqazinfo” “Takvim”ə istinadən xəbər verir ki, müğənninin həbsxanadan çıxma anının görüntüləri yayılıb.

Kadrlarda Gülşənin cəza evindən çıxaraq avtomobilə əyləşərək ərazidən uzaqlaşdığı görünür.

Qeyd edək ki, daha əvvəl Gülşənin konsertlərindən birində dediyi “İmam Hatipdə oxuyub, əxlaqsızlığı oradan gəlir” sözləri həmin liseydə oxuyanları və məzunları, eləcə də dindarları qəzəbləndirib. Müğənni İmam Hatip liseyinin məzunlarını hədəf alan sözlərindən sonra saxlanılıb, daha sonra həbs edilib. Onun həbsi ictimaiyyət nümayəndələri, o cümlədən tanınmış şəxslər arasında narazılığa səbəb olub. Gülşən özünü günahkar hesab etməyib və həbs olunmadan mühakimə olunmaq istədiyini bildirib.

Paylaş
Xəbər lentİ