Övladını acından öldürdü: Ömürlük həbs cəzası aldı

Oxunma sayı: 110
30-08-2022, 23:31

Övladını acından öldürdü: Ömürlük həbs cəzası aldı
Azyaşlı oğlunun ölümünə səbəb olan anaya ömürlük həbs cəzası verilib.

Arasdırma.info xəbər verir ki, hadisə ABŞ-ın Virciniya ştatında gerçəkləşib.

Övladının qida çatışmazlığından, acından ölümündə təqsirli bilinən "veqan" qadın ömürlük həbs cəzasına məhkum edilib.

Bildirilir ki, 38 yaşlı vegeterian qadın Şeyla O'Liri oğlu Ezra O'Lirinin tək meyvə, tərəvəz və ana südü ilə qidalandırmaqla ölümündə günahlandırılıb.

Məhkəmə Şeylanı "birinci kateqoriyalı öldürmə halı"nda təqsirli bilib.

Məlum olub ki, qadının 3 və 5 yaşlı uşaqları da yetərli qidalarla bəslənməyib və onlarda da bir sıra xəstəliklər aşkarlanıb.//gundem.az

Paylaş
Xəbər lentİ