Nazir hamilə qadına görə istefa verdi

Oxunma sayı: 118
3-09-2022, 00:12

Nazir hamilə qadına görə istefa verdi
Hindistandan olan hamilə turist Portuqaliyada personal çatışmazlığı səbəbindən tibbi yardımdan məhrum edilərək dünyasını dəyişib.



Arasdırma.info xəbərverir ki, bu barədə BBC News xəbər verir.


34 yaşlı qadın Lissabonun ən böyük xəstəxanalarından birinə tibbi yardım istəsə də, doğum şöbəsi dolu olduğundan xəstəxanaya yerləşdirilə bilməyib. Səyyah başqa bir klinikaya göndərilib, lakin daşınma zamanı ürəyi dayanıb.



Qadına təcili qeysəriyyə əməliyyatı aparılıb, uşaq xilas edilib. Hadisədən bir neçə saat sonra Portuqaliyanın səhiyyə naziri Marta Temido istefa verib. Bildirilir ki, o, tibb sahəsində kəskin böhranın öhdəsindən gələ bilmədiyi üçün vəzifəsini tərk edib. Son zamanlar ölkədə ginekoloq və mama çatışmazlığı hiss olunub. (milli.az)

Paylaş
Xəbər lentİ