Qarabağa köçdü və Rusiyanı Qərbə satdı – Moskvada Vardanyan haqda qeydlər

Oxunma sayı: 130
7-09-2022, 00:34

Qarabağa köçdü və Rusiyanı Qərbə satdı – Moskvada Vardanyan haqda qeydlər
Qarabağa köçən erməni milyarder Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtina etməsi bu ölkədə narazılıqla qarşılanıb. Ona görə yox ki, ruslar Vardanyanı sevirlər, xeyr, onlar bu erməninin dönüklüyünə qəzəblənirlər.

Arasdırma.info xəbər verir ki, Rusiya mediası Vardanyanın “Qarabağ missiyasının” baş tutacağının mümkünsüz olacağını yazır.

“News.ru” saytı yazır ki, Vardanyan təkcə Qarabağa köçmədi, həm də Rusiya pasportundan açıq şəkildə imtina etdi: “Yəni o, tələbə illərindən yaşadığı, milyarder olduğu ölkənin vətəndaşlığından imtina edir. Halbuki, may ayında “Forbes”ə müsahibəsində Vardanyan biznesin sosial məsuliyyətindən bəhs etmiş, Rusiyadan pul qazanaraq, İtaliya və ya İspaniyada xərcləyən milyarder kolleqalarını danlamışdı”.

Sayt Vardanyanın biznesinin qaranlıq tərəflərinə diqqət çəkir.

“Onun biznesi vaxtarışı qalmaqallarla diqqət çəkir. Xüsusilə “Troyka dialoq” investisiya qrupunun “çirkli pulların yuyulması” işində iştirakından bəhs edilir. Özü bunu qəbul etməkdən boyun qaçırsa da, 2019-cu ildə Avropa Parlamentinin 22 deputatı litvalı bankir Romanovla Vardanyanın şübhəli əməliyyatlarının yoxlanılması tələbi ilə Avropa Komissiyasının həmin vaxtkı prezidenti Jan-Klod Yunkerə müraciət etdilər. O vaxt araşdırmalar davam etmədi, lakin bu, Vardanyan üçün siqnal xarakteri daşıyırdı. Bu gün Qərbdə rusiyalı oliqarxlara qarşı qlobal hücum atmosferində bu məsələyə istənilən vaxt qayıda bilərlər. Görünür, Rusiya pasportundan imtina və Qarabağda “sığınacaq” axtarışı erməni diasporunun Vardanyana zəmanət verən manevrləridir”.

Sayt əlavə edir ki, Qərbin Cənubi Qafqazda Rusiyanı sıxışdırmaq siyasətini anlayanlar Vardanyanın manevrlərinin məqsədini də anlaya bilər: “Məqsəd Moskvanın vasitəçiliyi ilə razılaşmaların icrası vaxtı Qarabağ ətrafında vəziyyəti dolaşdırmaqdır. Məşhur erməni “mesenatın” peyda olması Qarabağdakı “yerli siyasətçiləri” (separatçılar-red) təxribata çəkə bilər, misal üçün, onlar Vardanyanın gizli əlaqələri üzərindən Fransa ilə münasibətləri gücləndirə bilərlər”.

Məqalədə qeyd edilir ki, reputasiyası birmənalı olmayan bankir necə olursa olsun, ona istənilən təqib üçün “sığınacaq” olaraq verilən “boz zonaya” gedib: “Onun Rusiya maraqlarına xəyanət etdiyi ortadadır”.

Oliqarxların, qanqsterlərin, siyasətçilərin, məmurların sirlərini araşdırmaqla tanınan “rucriminal.info” saytı da yazır ki, Vardanyan Qarabağa köçmək istəyini “ermənilərə kömək” adı ilə təqdim etsə də, hər kəs bu addımın Rusiyadan qurtulmaq, Qərbin sanksiyaları altına düşməmək məqsədi daşıdığını anlayır.

“Rusiya vətəndaşlığından imtina edərək, Qarabağa getmək Vardanyana heç bir iqtisadi xeyir verməyəcək, lakin bu, erməni biznesmenə siyasi bonuslar qazandıra bilər. Sirr deyil ki, Qərb Qarabağdakı ermənilərə ilıq münasibət bəsləyir, Vardanyan da öz bəyanatları ilə Qərbdən bağışlanmağını istəyir, hətta istisna deyil ki, o, sanksiyalar altına düşməyəcək”, - sayt yazır.

Məqalədə diqqətçəkən məqamlardan biri də Vardanyanın erməniləri belə düşünmədiyinə dair qeydlərdir: “Vardanyanın çox gözəl qırıldamaları ürəklərə xoş gəlir. Halbuki, 2016-cı ildən sonra o, erməni ordusunun geriliyi haqqında danışırdı. 2020-ci ilin müharibəsi göstərdi ki, bu geriliyin aradan qaldırılması üçün heç nə edilməyib, Vardanyanın özü də heç bir təşəbbüs göstərməyib. Bununla yanaşı, bu ilin may ayında biznesmen bildirirdi ki, Rusiyanı tərk etməyə hazırlaşmır, amma indi o, vətəndaşlıqdan imtina edir və Qarabağa köçür. Göründüyü kimi, Vardanyan ermənilərə tüpürür və onun bütün addımları şəxsi kapitalını xilas etməyə yönəlib”.

Sayt Vardanyanı Qarabağda yaxşı tale gözləmədiyini yazır.

“Kremlin biznesmenin bu addımını qiymətləndirəcəyinə böyük şübhə var. Çünki satqınların Kremldə sevilmədiyi sirr deyil. Rusiyadan qazanılmış vəsaitlərin onun hüdudlarından kənarda xərcləməyə çalışan insanların pis nəticələrlə üzləşdiyinə dair nümunələr var. Çətin ki, Vardanyanı Rusiya və Azərbaycan hərbçilərinin olduğu Qarabağda yaxşı tale gözləsin”, - sayt qeyd edir.//publika.az

Paylaş
Xəbər lentİ