Amerikalı özünü Qana şahzadəsi kimi təqdim etdi: Küllü miqdarda pul qazandı

Oxunma sayı: 14
23-09-2022, 02:19

Amerikalı özünü Qana şahzadəsi kimi təqdim etdi: Küllü miqdarda pul qazandı
ABŞ-ın Ohayo ştatının sakini Qana şahzadəsi olduğunu iddia edərək insanları aldadıb.

Deril Robert Harrison adlı şəxs bu yolla 14 investorun hərəsindən 800 min dollar əldə edib.

Yerli polisin məlumatına görə, 44 yaşlı Deril özünü şahzadə kimi təqdim edərək Afrika mədən və nəqliyyat şirkətləri üçün investorlar axtardığını bildirib. Amerikalı bu şirkətlərlə birbaşa əlaqələri olduğunu iddia edib və investisiyaların 28-33 faiz gəlir gətirə biləcəyini qeyd edib.

Aldatdığı investorlardan aldığı pulu isə Deril avtomobillər almağa və malikanə kirayə götürməyə xərcləyib.

Harrison dələduzluqda təqsirli bilinib və hazırda həbsdədir, məhkəmənin hökmünü gözləyir. Ona 20 ilə qədər həbs cəzası verilə bilər.//Cahantv.az

Paylaş
Xəbər lentİ