Rusiyalı kişilər sabahdan ölkəni tərk edə bilməyəcəklər

Oxunma sayı: 108
25-09-2022, 21:44

Rusiyalı kişilər sabahdan ölkəni tərk edə bilməyəcəklər
Rusiyada səfərbərliyə çağırılan kişilərin ölkəni tərk etməsinə qoyulan qadağa bazar ertəsi, sentyabrın 26-dan etibarən tətbiq edilə bilər.

Bu barədə Ukrayna mediası məlumat yayıb.

"Sentyabrın 26-da səfərbərliyə çağırılanların xaricə səfərləri qadağan ediləcək. Hava limanında və sərhədçilərdə səfərbərliyə cəlb olunanların siyahısı olacaq", - deyə bildirilib.

Qeyd edək ki, daha əvvəl bir neçə Rusiya KİV-i prezident administrasiyasındakı mənbələrə istinadən hərbi xidmətə yararlı kişilərin ölkədən çıxışına qadağa qoyulduğu barədə məlumat yaymışdı.//milli.az

Paylaş
Xəbər lentİ