İbrahim Tatlısəsin 21 yaşlı qızla eşq yaşadığı üzə çıxdı

Oxunma sayı: 115
30-09-2022, 01:07

İbrahim Tatlısəsin 21 yaşlı qızla eşq yaşadığı üzə çıxdı
Türk sənət musiqisinin imperatoru İbrahim Tatlısəsin gənc qızla eşq yaşadığı gün üzünə çıxıb.

XəzərXəbər bizim media-ya istinadən xəbər verir ki, sənətkarın özündən 49 yaş kiçik 21 yaşlı Berka Gül adlı qızla münasibətdə olduğu və yaxın zamanda onunla evlənəcəyi iddia olunub.

Bu iddianı isə jurnalist Onur Akar sosial şəbəkə hesabında paylaşaraq ortalığa çıxarıb.

Jurnalistin yaydığı məlumatda həmçinin bildirilib ki, hətta İbrahim keçən ay Bodrum-Yalıkavak yolunda keçirdiyi qəzada, avtomobildə müğənninin yeni sevgilisi də olub. Hətta Gülün kiçik bədən xəsarətləri aldığı da məlum olub.

Qeyd edək ki, İ.Tatlısəs bir müddət əvvəl sosial şəbəkə hesabında "Xanımla boşandıq. Bağçalı, gözəl bir ev tapıb, yenidən evlənməyi düşünürəm" statusunu yazıb.

Paylaş
Xəbər lentİ