UKRAYNA ORDUSU LİMAN ŞƏHƏRİNİ GÖTÜRDÜ - Rusiya MN məğlubiyyəti təsdiq etdi+VİDEO

Oxunma sayı: 113
1-10-2022, 23:19

UKRAYNA ORDUSU LİMAN ŞƏHƏRİNİ GÖTÜRDÜ - Rusiya MN məğlubiyyəti təsdiq etdi+VİDEO
Ukraynanın Donetsk vilayətinin Liman şəhəri və daha 5 yaşayış məntəqəsi Rusiya hərbçilərindən azad edilib.

Rusiya Müdafiə Nazirliyi etiraf edib ki, ordusunu Liman şəhərindən geri çəkməyə məcbur olub. Nazirlikdən bildirilib ki, Ukrayna ordusu itkilər verməsinə baxmayaraq, əlavə qüvvələri cəlb etməklə hücumu gücləndirib. "Mühasirə təhlükəsinin yaradılması ilə əlaqədar olaraq, müttəfiq qoşunları Krasnıy Limandan daha sərfəli xəttlərə çəkilib", - deyə Rusiya MN-nin məlumatında qeyd olunub.

Liman şəhərinin işğaldan azad olunduğunu Ukrayna Silahlı Qüvvələri Şərq qrupları qoşununun nümayəndəsi Sergey Çerevat da təsdiq edib.

Onun sözlərinə görə, Ukrayna hərbçiləri Limanla yanaşı, Yampol, Novoselovka, Şandriqolovo, Drobışevo və Stavki yaşayış məntəqələrini də nəzarət altına alıb.

Paylaş
Xəbər lentİ