Qadın səfərbərlikdən yayınan keçmiş ərini polisə şikayət etdi

Oxunma sayı: 119
4-10-2022, 00:18

Qadın səfərbərlikdən yayınan keçmiş ərini polisə şikayət etdi
Moskva vilayətində rusiyalı qadın səfərbərlikdən yayınan keçmiş əri barədə polisə müraciət edib.

Arasdırma.info xəbər verir ki, bu barədə "Yavaş, xəbərlər" Telegram kanalı məlumat yayıb.

Məlumata görə, qadının 38 yaşlı əri paytaxtın hərbi komissarlıqlarından birində hərbi qeydiyyatda olub. Ancaq səfərbərliyin başlaması ilə Puşkino şəhərində kirayə mənzildə gizlənməyə qərar verib.

Qadın hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, boşandıqdan sonra qızının tərbiyəsi ilə bağlı mübahisə etdiyi keçmiş əri səfərbərlikdən yayınıb.//redaktor.az

Paylaş
Xəbər lentİ