Ukraynada öldürülən azərbaycanlıların ADLARI

Oxunma sayı: 119
8-10-2022, 19:53

Ukraynada öldürülən azərbaycanlıların ADLARI
Donetskdə azərbaycanlıların avtomobili atəşə tutulub, dörd nəfər Zərdab sakini həlak olub.

Arasdırma.info xəbər verir ki, ölənlərin qohumu İsaməddin Əhmədov bildirib ki, hadisə Donetsk şəhərində baş verib.

O bildirib ki, əslən Zərdab rayonunun Məmmədqasımlı kəndindən olan Gülağa Həsən oğlu Uğurliyev, qardaşı Fəqan Uğurliyev və adı məlum olmayan daha 2 nəfər atəş altına düşüb.

İsaməddin Əhmədov qeyd edib ki, bazarda alverlə məşğul olan həmyerlilərimiz Donetskdən yük avtomobili ilə mal alıb qayıdarkən atəşə tutulublar. Nəticədə həmyerlilərimiz hadisə yerində ölüb. Hadisənin necə baş verdiyi dəqiqləşdirilir.

Meyitlər hazırda Ukraynadadır, Zərdab rayonuna gətirilməsi üçün iş aparılır.//APA

Paylaş
Xəbər lentİ