Tanınmış aktyor vəfat edib.

Oxunma sayı: 121
15-10-2022, 00:28

Tanınmış aktyor vəfat edib.
Britaniyalı aktyor Robbi Koltreyn vəfat edib.

Arasdırma.info xarici mətbuata istinadən xəbər verir ki, o, 72 yaşında dünyasını dəyişib.

Məşhur aktyor “Harri Potter” film seriyasında “Haqrid” personajını canlandırıb. Aktyor ötən əsrin sonlarında “Parıltılı Qordon”, “Mona Liza”, “Qızıl Göz”, “Alisa möcüzələr ölkəsində” filmlərində də rol alıb.

Dostları Robbinin artıq çəkidən əziyyət çəkdiyini bildiriblər. Onların sözlərinə görə, o, son illər əlil arabasında gəzirmiş.
Aktyor son iki ildir ki, xəstəlikdən əziyyət çəkirmiş.

Robbi Koltreyn Şotland kino və televiziya aktyoru, ssenarist və prodüserdir. O, Harri Potter filmləri seriyasında Haqrid rolu ilə məşhurdur.
Onun ölümünün səbəbi hələlik məlum deyil.
Tanınmış aktyor vəfat edib.

Paylaş
Xəbər lentİ