Türkiyədə mədəndə GÜCLÜ PARTLAYIŞ: 14 nəfər öldü - FOTO/VİDEO - YENİLƏNDİ

Oxunma sayı: 125
15-10-2022, 00:57

Türkiyədə mədəndə GÜCLÜ PARTLAYIŞ: 14 nəfər öldü - FOTO/VİDEO - YENİLƏNDİ
Türkiyənin Bartin vilayətinin Amasra rayonunda daş kömür mədənindəki partlayış nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

Arasdırma.info xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Süleyman Soylu deyib.

Onun sözlərinə görə, 21 nəfər xəstəxanaya yerləşdirilib, onlardan üçünün vəziyyəti ağırdır.

Hazırda fövqəladə vəziyyət üzrə bütün aidiyyəti təşkilatlara məxsus briqadalar hadisə yerindədir. Axtarış-xilasetmə işləri davam edir.//publika

Paylaş
Xəbər lentİ