Almaniyada minlərlə insan qiymət artımına etiraz edir - Video

Oxunma sayı: 136
23-10-2022, 09:13

Almaniyada minlərlə insan qiymət artımına etiraz edir - Video
Almaniyanın altı şəhərində on minlərlə etirazçı artan enerji qiymətləri və yaşayış xərcləri ilə mübarizə üçün hökumət vəsaitlərinin daha ədalətli bölüşdürülməsini tələb ediblər.
Arasdırma.info “Reuters”ə istinadla xəbər verir ki, etirazçılar Berlin, Düsseldorf, Hannover, Ştutqart, Drezden və Frankfurt-am-Mayndə yürüş ediblər. Əllərində inflyasiyanın azaldılmasından tutmuş nüvə enerjisinin dayandırılmasına və yoxsullar üçün daha çox enerji qiymətinə subsidiyalara qədər hər bir çox sahəyə dair şüarlar olan lövhələr tutublar.
Təşkilatçıların sözlərinə görə, təxminən 24 min insan aksiyada iştirak edib. Polis təkcə Berlində 1800-ə yaxın etirazçının toplaşdığını bildirib.
"Biz göstərmək istəyirik ki, sosial cəhətdən balanslaşdırılmış vətəndaşlar üçün təcili olaraq maliyyə yardımına ehtiyacımız var. Hökumət çox şey edir, lakin o, vəsaitləri doğru paylamır. Aşağı gəliri olan insanların varlılardan daha çox dəstəyə ehtiyacı var", - deyə etirazçılar qeyd ediblər.
Məlumat üçün deyək ki, Almaniya ümumi yaşayış normalarına görə dünya ölkələri arasında ön sıralaradadır. Orta aylıq əməkhaqqı təxminən 5 min avrodur (8 min 300 yüz manat).//Yeniavaz.com

Paylaş
Xəbər lentİ