Britaniyanın yeni Baş nazirindən İLK AÇIQLAMA

Oxunma sayı: 114
25-10-2022, 02:17

Britaniyanın yeni Baş nazirindən İLK AÇIQLAMA
Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının yeni lideri Rişi Sunak Britaniyanın Baş naziri kimi prioritetini açıqlayıb.
Arasdırma.info TASS-a istinadən xəbər verir ki, o, əsas prioritetinin ölkədə birliyin yaradılması olduğunu bildirib.
42 yaşlı siyasətçi yeni vəzifəsində ilk ictimai çıxışında bildirib:
“Birləşmiş Krallıq böyük ölkədir, lakin biz, şübhəsiz ki, iqtisadiyyatda dərin problemlə üzləşmişik. İndi bizə sabitlik və birlik lazımdır, mən partiyada və ölkədə birlik yaradılmasını qarşıma əsas prioritet kimi qoyacağam. Çünki bu, mövcud çətinlikləri aradan qaldıra, övladlarımız və nəvələrimiz üçün firavan gələcək yarada biləcəyimiz yeganə yoldur. Sizə dürüstlük və təvazökarlıqla xidmət edəcəyəm, ilk gündən Britaniya xalqı üçün hədəflərə çatmaq üçün çalışacağam.//nakupost

Paylaş
Xəbər lentİ