Semyon Pegovun ayağı amputasiya edilib?

Oxunma sayı: 114
7-11-2022, 20:03

Semyon Pegovun ayağı amputasiya edilib?

Semyon Pegovun ayağının bir hissəsi amputasiya edilib.

Arasdirma.info xəbər verir ki, bu barədə rusiyalı təbliğatçı, hərbi jurnalist Semyon Peqov tvitterdə məlumat verib.

“Bəli, həqiqətən ayağımı kəsdilər. Amma hazırda Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Sitologiya və Genetika İnstitutunun əməkdaşları onu kök hüceyrələrimdən yetişdirirlər. Və bir ay ərzində yetişdirəcəklərinə söz veriblər. Əlbəttə, çətin bir əməliyyatdır, lakin hər şey çox yaxşı olacaq. Ola bilsin ki, bu, daha da sürətlə baş verəcək. Bu cür əməliyyat ilk dəfə icra olunacaq”, – deyə o bildirib.

Qeyd edək ki, Semyon Peqov 44 günlük Vətən müharibəsi dövründə ermənipərəst mövqe nümayiş etdirməsilə tanınır. O, bir müddət öncə Donetsk yaxınlığında minaya düşüb və ayağının bir hissəsi amputasiya edilib.//konkret.az

Semyon Pegovun ayağı amputasiya edilib?

Paylaş
Xəbər lentİ