Nazirdən ŞOK AÇIQLAMA: "Bu qədər ölüm nəyə lazım idi"

Oxunma sayı: 115
11-11-2022, 07:56

Nazirdən ŞOK AÇIQLAMA: "Bu qədər ölüm nəyə lazım idi"
Rusiya hərbçilərinin Xerson vilayətində Dnepr çayının sağ sahilindən geri çəkilmələri ilə bağlı bəyanatlarına ehtiyatla yanaşmaq lazımdır.


A5asdırma.info xəbər verir ki, Böyük Britaniyanın müdafiə naziri Ben Uolles deyib.

"Onların (rusların) ələ keçirə bildikləri yeganə regional mərkəzi tərk etmək niyyətlərini bildirmələri kifayət qədər ciddi psixoloji zərbə olmalıdır. Təbii ki, bu, Rusiyadır, ona görə də onların kütləvi şəkildə getdiyini hələ görməmişik. Biz bunu görəndə ona (geri çəkilməyə) inanacağıq və düşünürəm ki, Prezident Zelenski kimi hamımız ehtiyatlı olmalıyıq. Ruslar hiylə və buna bənzər şeylər edə bilər”, - britaniyalı nazir bildirib.

“Əgər rus qoşunları həqiqətən də Xersonu tərk edirlərsə, o zaman “bütün bunlar nə üçün idi” sualı yaranır. Fevraldan bəri əsas hədəflərindən heç birini tuta və ya ələ keçirə bilməyən on minlərlə ölüm nə üçün idi?" – nazir sual edib.//Manşet.az

Paylaş
Xəbər lentİ