Zelenski sülh üçün 10 şərt qoydu

Oxunma sayı: 116
15-11-2022, 16:04

Zelenski sülh üçün 10 şərt qoydu
"Rusiya bizim sülh düsturumuza qarşı çıxsa, görəcəksiniz ki, onun istədiyi ancaq müharibədir".

Arasdırma.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski İndoneziyanın Bali şəhərində keçirilən G20 Liderlər Zirvə toplantısındakı çıxışında deyib.
O G20 Liderlər Zirvə toplantısında Zelenski 10 bəndlik sülh formulu qəbul etməyə və müharibəni ədalətli şəkildə, BMT Nizamnaməsi və beynəlxalq hüquq əsasında bitirməyə çağırıb.

Zelenski Rusiya ilə sülhü mümkün edəcək 10 şərt açıqlayıb:

- Ukraynanın radiasiya və nüvə təhlükəsizliyinin təmin edilməsi

- Ukraynanın ərzaq təhlükəsizliyinin təmin edilməsi

- Ukraynanın enerji təhlükəsizliyinin təmin edilməsi

- bütün əsirlərin azad edilməsi

- BMT Nizamnaməsinin yerinə yetirilməsi və Ukraynanın ərazi bütövlüyünün və dünya nizamının bərpası

- rus qoşunlarının çıxarılması və döyüşlərin dayandırılması

- Ədalətin bərpası

- Ekoloji soyqırımla mübarizə

- gərginliyin artmasının qarşısının alınması

- Müharibənin sonunu təşkil etmək

Paylaş
Xəbər lentİ