Ölkə qana boyandı: 18 ölü, onlarla yaralı

Oxunma sayı: 119
17-11-2022, 18:08

Ölkə qana boyandı: 18 ölü, onlarla yaralı
Nigeriyanın Plato ştatında silahlı hücum törədilib. Hadisə nəticəsində 18 nəfər həyatını itirib.

Arasdırma.info xəbər verir ki,publika.az-ın məlumatına görə, Plato əyalətinin Maykatako bölgəsində motosikletlə hərəkət edən silahlı şəxslər terror aktı törədiblər.

Hadisə nəticəsində 18 nəfər ölüb, xeyli sayda yaralı var.

Yerli polisin ictimaiyyətlə əlaqələr üzrə meneceri Alfred Alabo verdiyi açıqlamada yaralıların xəstəxanada yerləşdirildiyini, hadisənin törədildiyi əraziyə təhlükəsizlik qüvvələrinin cəlb olduduğunu bildirib.


Qeyd edək ki, ölkədə motosikletli şəxslər tərəfindən törədilən hücumlar artdığı üçün bəzi ştatlarda motosikletdən istifadə qadağan edilib.

Paylaş
Xəbər lentİ