"Terrorçular Azərbaycana keçmək istəyərkən həbs edilib" - İranın vitse-prezidenti

Oxunma sayı: 106
18-11-2022, 17:41

"Terrorçular Azərbaycana keçmək istəyərkən həbs edilib" - İranın vitse-prezidenti
Xəbər verdiyimiz kimi, 2 gün əvvəl İranın Xuzistan əyalətində terror aktı baş verib və hadisə nəticəsində 15 nəfər yaralanıb, 5 nəfər ölüb.
Arasdırma.info İran mətbuatına istinadla xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən İranın iqtisadi məslələr üzrə vitse-prezidenti Möhsün Rezai terror aktını törədənlərdən 2-3 nəfərinin Azərbaycanla sərhəddə saxlanıldığını deyib.
Rezai İzə şəhərində terror hadisəsi zamanı ölənlərin dəfn mərasimində belə deyib:
“Bu terror hadisəsini törədənlərdən iki-üç nəfər Bakı (Azərbaycan –red.) sərhədini tərk etmək istəyərkən həbs edilib və Əhvaza gətirilib. Əmin olun ki, bu hadisədə kimin əli olubsa, onu tutub, ondan qisas alacağıq”.
Məlumat üçün bildirək ki, 1954-cü ildə Xuzistan əyalətində anadan olan Möhsün Rezai 1981-97-ci illərdə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı olub.
Qeyd edək ki, 2006-cı ilin noyabrında Argentina hökuməti 1994-cü ildə Buenos-Ayresdə yəhudi mədəniyyət mərkəzində baş verən partlayışda (85 nəfər ölüb, 151 nəfər yaralanıb ) əli olmaqda şübhəli bilinən digər altı İran vətəndaşı ilə birlikdə Rezainin də beynəlxalq axtarışa verilməsi üçün İnterpola ərizə təqdim edib.//yeniavaz

Paylaş
Xəbər lentİ