"Siz zibil olmağı seçmisiniz, sizi kim mühakimə edə bilər ki?.." -VİDEO

Oxunma sayı: 111
21-11-2022, 20:51

"Siz zibil olmağı seçmisiniz, sizi kim mühakimə edə bilər ki?.." -VİDEO
"Rusiya qalib gələcək! Xerson kimindir, Ukraynanın? Ha-ha, artıq referendum keçirilir..."

"O, ayaqyolunda tualet kağızı əvəzinə Almaniya polisinin rəsmi məktublarından istifadə edib..."

"Rusiyalı qadının fotosu intim-xidmətlər saytında dərc edilib..."

"Rus dünyası"nın qızğın təbliğatçısı Almaniyadan qovulub

Ukraynalı qaçqınları təhqir edən və Ukraynada müharibə haqqında videotəxribatlar yayan rusiyalı qadın bazar günü, noyabrın 20-də Almaniyadan deportasiya edilib. Qadın polislərin müşayiəti ilə Berlin-İstanbul reysinə əyləşdirilib.

Arasdırma.info xəbər verir ki, bu barədə "İnsider" nəşrinin müxbiri Berlindəki hava limanından məlumat verib.

Putin siyasətinin qatı tərəfdarı olan Proxorova müntəzəm olaraq sosial şəbəkələrdə özünün təxribat xarakterli videolarını yazıb və dərc edib.

O, gah mayın 9-da Münhendə ukraynayönümlü mitinqdə rus musiqisini ucadan dinləyərək, "Kalinka" sədaları altında rəqs edir, gah da Ukrayna qızları arxasınca qaçaraq "Rusiya qalib gələcək" şüarını səsləndirir və ucadan "Qızlar! Rusiyaya eşq olsun! Rusiya qalib gələcək, Rusiya qalib gələcək! Xerson kimindir? Aha, ha-ha, Ukraynanındır? Artıq referendum keçirilir! Cəhənnəm olsun sizin Ukrayna" qışqırır.

Təbliğatçı qadın həmçinin Avropa İttifaqında yaşayan rusiyalılara elektrik enerjisindən havayı yerə istifadə etməyi və bununla da Avropanın Rusiyaya daha çox pullar ödəməsini məsləhət görüb.

O, həmçinin ayaq yolunda tualet kağızı əvəzinə Almaniya polisinin rəsmi məktublarından istifadə etməsini əks etdirən vudeolar göstərib.

Oktyabrın 14-də "Bild" qəzeti məlumat verib ki, polis onun Landsxut şəhərində (Aşağı Bavariya) icarə götürdüyü mənzilində axtatış aparıb.

Axtarış zamanı üç smartfon və noutbuk müsadirə edilib. Müəyyən edilib ki, Proxorova Almaniyada qanunsuz yaşayıb.

Axtarışdan sonra təbliğatçı qadın əlaqəyə çıxmayıb. Jurnalistlər güman edib ki, rusiyalı qadın dustaq edilib.

Yuliya Proxorova (qızlıq soyadı Çernışova) 1992-ci ildə Samara vilayətinin Bezençuk qəsəbəsində anadan olub. Daha sonra Moskvaya köçüb.

Rəsmi olaraq "Pyatyoroçka" mağazasında kassir işləyib, həm də "Bıstrodenqi" mikromaliyyə təşkilatında qeydiyyatda olub.

Bundan başqa, onun fotosu intim-xidmətlər saytında "yoxlanılıb" qeydi ilə dərc edilib.

Proxorova həmçinin "Gəl, evlənək!" proqramının buraxılışında verilişində "Qisas gəlini" adı altında iştirak edib.

Maraqlıdır ki, proqramın aparıcısı Larisa Quzeyeva studiyada Proxorovanın ünvanına bunları deyib: "Hər bir insan zibil və ya ləyaqətli olmağı özü seçir. Siz zibil olmağı seçmisiniz, kim sizi mühakimə edə bilər ki?"
//moderator

Paylaş
Xəbər lentİ