8 yaşlı uşaq avtobus qaçırdı - VİDEO

Oxunma sayı: 12
24-11-2022, 19:25

8 yaşlı uşaq avtobus qaçırdı - VİDEO
Avtomobillə bağlı qeyri-adi hadisə Anapada baş verib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, sakinlər “Ford Transit” markalı mikroavtobusun həyətdə qəribə şəkildə hərəkət etdiyini görüblər. Manevr zamanı dayanmış iki maşını vuran “Ford” hadisə şahidlərinin qışqırığına baxmayaraq hərəkətini davam etdirib.

Bu zaman kabinədə sürücü görünməyib. Axırda yoldan keçənlər sükan arxasında balaca oğlan görüblər. O, maşını yalnız qarşısında sıra ilə dayanmış avtomobillərə görə saxlayıb.


“Yetkinlik yaşına çatmayan şəxs müstəqil olaraq atasına məxsus park edilmiş avtomobilin salonuna daxil olub və açarları taparaq mühərriki işə salıb və ətrafda manevr etməyə başlayıb. İdarəetməni itirən uşaq dayanmış iki xarici avtomobillə toqquşmaqdan yayına bilməyib”, - məlumatda vurğulanır.

Uşağın atasına qarşı protokol tərtib edilib, hər iki ailə üzvü yetkinlik yaşına çatmayanlarla iş şöbəsinə aparılıb. Kişinin sözlərinə görə, psixi pozğunluğu olan oğul sadəcə olaraq nə etdiyini dərk etməyib.

Mətbuatın yazdığına görə, oğlanın uşaqlığı çətin keçib. İki il əvvəl Novorossiyskdə qonşular yuxarı mərtəbədə yerləşən mənzildən su axdığını görüblər.

Su basmış mənzildə altı yaşlı uşaq tapıblar. Bədənində qançırlar və dişləmə izləri olub. Uşaq beyin silkələnməsi və əzilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Daha sonra sadist ana məhkəməyə göndərilib, ata isə uşağı götürüb.

Paylaş
Xəbər lentİ