Ermənistanın İsraildə səfirlik açmaq qərarı narazılığa səbəb olub.
Arasdırma.info xəbər verir ki, bu məlumatı “Jamanak” qəzeti yayıb. Məlumata görə, narazılıq ən çox Yaxın Şərqdəki erməni icması, xüsusilə Livan, Suriya və İrandakı erməni diasporunda yaranıb:
“Bu ölkələrdə erməni icmaları İsraillə münasibətlərin bərpasının onların yerləşdiyi dövlətlərdə ermənilərə qarşı pozitiv münasibəti dəyişə biləcəyindən qorxur. İndi yerli erməni partiyaları və təşkilatlar yeni reallığa necə reaksiya vermələrini müəyyənləşdirmək üçün iclaslar keçirirlər”.Axar.az
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70