10-dan çox ev torpaq altında qaldı - Ölənlər var

Oxunma sayı: 107
26-11-2022, 22:09

10-dan çox ev torpaq altında qaldı - Ölənlər var
İtaliyanın İskiya adasında əlverişsiz hava şəraiti səbəbindən sürüşmə baş verib.

Arasdırma.info xəbər verir ki, hadisə nəticəsində 8 nəfər ölüb.

Bildirilir ki, adada şiddətli yağışlar olub və bəzi evlər sürüşməyə görə dağılıb.

İtaliya mətbuatının yaydığı xəbərə əsasən, sürüşmə zamanı 10 ev və çoxlu sayda nəqliyyat vasitəsi torpaq altında qalıb, 13 itkin düşmüş şəxsin axtarışları davam edir.

Sürüşmənin baş verdiyi ərazidə 30-a yaxın ailə susuz və işıqsız qalıb.//modern

Paylaş
Xəbər lentİ