Rusiyada eyvanda siqaret çəkmək qadağan edildi

Oxunma sayı: 483
28-09-2019, 07:10

Rusiyada eyvanda siqaret çəkmək qadağan edildi
Rusiyada eyvanda siqaret çəkməyi qadağan edən qərar qəbul olundu.

Qadağanın yaşayış binalarının eyvanlarına aid olduğu yanğın risqini azaltmaq üçün verildiyi açıqlanıb.

Bildirilib ki, eyvanda çaxmaq yandırmaq və ya siqaret çəkmək açıq sahədə ocaq yandırmaq kimi qiymətləndiriləcək.

Bu qərar eyvanlarda manqal qalamağı da qadağan edir.

Qadağanı pozanlar 3000 rubl məbləğində cərimə olunacaqlar.

Siqaret kötüklərindən, sellofan tullantılardan incəsənətə…
Siqareti atmaq mümkündürmü?
"Siqaret də çəkə bilməyəcəyiksə, eyvan nəyə lazımdır?"

Oktyabrın 1-indən etibarən qüvvəyə minəcək qərar bir çox təbəqələr tərəfindən narazılıqla qarşılanıb.

Çoxmərtəbəli binalar Rusiyanın böyük hissəsində mövcuddur. BBC Monitoring-in əməkdaşı Vitaliy Shevchenko insanların siqaret çəkmək üçün, adətən, eyvanlara çıxdığını deyir:

"Onlar siqaret çəkmək üçün palto geyinib liftlə aşağı düşmək istəməyəcəklər".

Piylənmə "iradə zəifliyinin nəticəsi deyil", psixoloqlar deyir
Siqaretdən daha qorxulu: piylənmə və artıq çəki
Sosial mediada da qərara etiraz edənlər çox olub.

"İnsanların öz eyvanlarında siqaret çəkməyi qadağan etmək ağılsızlıqdır. Hökumət vətəndaşlara şəxsi mülklərindən istifadə etməyə icazə vermir. Siqaret də çəkə bilməyəcəyiksə, eyvan nəyə lazımdı?" - "TJournal" adlı populyar bloq saytının istifadəçilərdən biri belə yazıb.BBC

Paylaş
Xəbər lentİ