Ermənistanın keçmiş prezidenti Robert Köçəryan İrəvanda bir xəstəxanada tibbi müayinədən keçib.
Arasdırma.info xəbər verir ki, bu barədə keçmiş prezidentin ofis rəhbəri Viktor Soqomonyan açıqlama yayıb.
Ofis rəhbəri Köçəryanın səhhəti ilə bağlı hər hansı bir məlumat verməyib.
Bundan əvvəl Ermənistan mediasında ölkənin ikinci prezidentinin xəstəxanaya yerləşdirildiyi barədə məlumatlar yayılmışdı. Onun səhhətində yaranmış problemə dair açıqlama verilməməsi Köçəryanın ölümcül xəstəlikdən əziyyət çəkməsi iddiasının yayılmasına da yol açıb.
Vəkillərinin hazırda həbsdə olan keçmiş prezidentin azad edilməsi üçün aidiyyəti instansiyalara müraciət edəcəyi bildirilib.
Robert Köçəryan 2008-ci il martın 1-də İrəvanda keçirilmiş dinc aksiyalarda iştirak edənlərə odlu silahlardan atəş açmaq əmri verməkdə ittiham olunur. O, bu ittihamla azadlıqdan məhrum edilib.Teleqraf.com
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70