Hüseyn Argentinaya bir çanta pul qoyub və udub.

Oxunma sayı: 120
20-12-2022, 00:51

Hüseyn Argentinaya bir çanta pul qoyub və udub.
Xəbər verdiyimiz kimi, Qətərin Lusail stadionunda futbol üzrə Dünya çempionatının final oyununda Argentina penalti zərbəsi ilə Fransanı məğlub edib.

Arasdırma.info bizim media-ya istinadən xəbər verir ki, Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloqer və iş adamı Hüseyn Həsənov çempionatda Argentinanın qalib gəlməsi üçün mərcdə bir çanta AED (dirhəm - red.) pul qoyub.

Nəticədə sözügedən ölkənin qalib gəlməsi Hüseynin maddi vəziyyətini iki qat yaxşılaşdırıb.

H.Həsənov "Argentina dünya çempionudur. Mən plyusdayam (maddi vəziyyətini nəzərdə tutur)" deyə sosial şəbəkədə yazıb.

Paylaş
Xəbər lentİ