Koronavirusdan müalicə alan qadın palata yoldaşını öldürdü

Oxunma sayı: 99
15-01-2023, 23:02

Koronavirusdan müalicə alan qadın palata yoldaşını öldürdü
Almaniyada 73 yaşlı Hatun C. adlı qadın koronavirusdan müalicə aldığı xəstəxanada palata yoldaşı Hilal K. adlı qadının oksigen cihazını söndürüb və onun ölümünə səbəb olub.

Arasdırma.info Bakupost.az -a istinadən xəbər verir ki, qadın aparatın səsinin onu narahat etməsinə görə bu addımı atıb.

Hatun C.-nın oğlu isə anasının qəbul etdiyi dərmanın təsiri altında bu addımı atdığını və otaq yoldaşına zərər vermək niyyətində olmadığını bildirib.
Tibb bacıları oksigen cihazının söndürülməsi səbəbindəni xəstənin vəziyyətinin pisləşdiyini görüb təcili müdaxilə ediblər. Lakin onların cəhdləri fayda verməyib, Hilal K-nın həyatını xilas etmək mümkün olmayıb.

Paylaş
Xəbər lentİ