72 nəfərin həyatını itirdiyi təyyarə qəzası ilə bağlı ŞOK TƏFƏRRÜAT

Oxunma sayı: 107
16-01-2023, 21:37

72 nəfərin həyatını itirdiyi təyyarə qəzası ilə bağlı ŞOK TƏFƏRRÜAT
Ötən gün Nepalda baş verən təyyarə qəzası ilə bağlı yeni təfərrüat ortaya çıxıb.

Arasdırma.info xarici KİV-nə istinadən xəbər verir ki, 72 nəfərin həyatını itirdiyi təyyarənin köməkçi pilotu Anju Xativadanın ərinin keçmiş pilot olduğu və 17 il əvvəl onun da təyyarə qəzasında dünyasının dəyişdiyi məlum olub.

Bildirək ki, qəza nəticəsində 5 nəfər itkin düşüb. İtkin düşənlər arasında Anju Xativada da yer alır. Hələlik onun cəsədi tapılmayıb.

Qeyd edək ki, "Yeti" Hava Yollarına məxsus təyyarə Katmandu-Poxara reysi ilə hərəkət edib. Qəza eniş zamanı baş verib.//32gun

Paylaş
Xəbər lentİ