İstanbulda erməni kilsəsi yanıb, ölənlər və yaralananlar var

Oxunma sayı: 109
24-01-2023, 16:22

İstanbulda erməni kilsəsi yanıb, ölənlər və yaralananlar var

Türkiyənin İstanbul şəhərinin Beyoğlu rayonunun Karaköy məhəlləsindəki Surp Pırgiç erməni katolik kilsəsinin yataqxana hissəsində baş verən yanğında 2 nəfər ölüb, 2 nəfər yaralanıb.

Arasdırma.info “Report” “a istinadən xəbər verir ki, yanğın zamanı 3 partlayış səsi eşidilib.

Yanğınsöndürənlərin 4 saatlıq fəaliyyətindən sonra yanğın söndürülüb.

Hadisənin başvermə səbəbi bəlli deyil. Faktla bağlı araşdırma aparılır.

Paylaş
Xəbər lentİ