Soyuducudan izlənmək təhlükəsi – “Bütün məlumatlar Çinə ötürülür”

Oxunma sayı: 100
26-01-2023, 00:01

Soyuducudan izlənmək təhlükəsi – “Bütün məlumatlar Çinə ötürülür”
“Çin mikroçiplər vasitəsilə İngiltərədəki hər kəsi izləyə bilər”

Arasdırma.info TRT Haber kanalına istinadla xəbər verir ki, Böyük Britaniyada yeni dərc edilən hesabat ölkədə həyəcan doğurub. Hesabatda Çin tərəfindən ev alətlərinə yerləşdirilən mikroçiplərlə məlumatlar toplana biləcəyi deyilir. Hesab edilir ki, Çin soyuducu və ya digər ağıllı ev alətləri vasitəsi ilə İngiltərəni izləyə bilər.

Hesabatı hökumətə Pekinlə bağlı tövsiylər verən keçmiş diplomat qələmə alıb. Diplomat yazır: “Çin mikroçiplər vasitəsilə İngiltərədəki hər kəsi izləyə bilər”.

Hesabatda ağıllı ev alətlərinə Çin tərəfindən yerləşdirilən mikroçiplərin milli təhlükəsizlik üçün təhdid olduğu bildirilir, Çinin üç şirkətinin ağıllı cihazlarla qlobal bazarın 54 faizinə hakim olduğu vurğulanıb.

İngiltərə mətbuatı da çiplər vasitəsi ilə Çin hökumətinə məlumat axışı təmin edilə biləcəyini yazıb.

Bu ayın əvvəlində isə Britaniya hökumətinə məxsus avtomobillərdə Çinə məxsus izləmə cihazları aşkar edilmişdi.//hurriyet.az

Paylaş
Xəbər lentİ