Beş polis öldürüldü, prezident hadisə yerinə gəldi

Oxunma sayı: 418
4-10-2019, 00:30

Beş polis öldürüldü, prezident hadisə yerinə gəldi
Parisdə prefektura binasına silahlı hücum nəticəsində beş nəfər, o cümlədən dörd polis əməkdaşı qətlə yetirilib.

Arasdırma.info xəbər verir ki, BFMTV telekanalı Fransa Prezidenti Emmanuel Makronun insident yerinə getdiyini xəbər verib.

Telekanalın məlumatına görə, dövlət başçısı ilə birlikdə Fransanın Baş Naziri Eduar Filip və insidentlə bağlı Türkiyəyə səfərini təxirə salan Daxili İşlər naziri Kristof Kastaner də hadisə yerində olublar. Qeyd olunur ki, insidentin baş verdiyi əraziyə əlavə polis əməkdaşları cəlb olunub. Yaxınlıqdakı Sen-Mişel körpüsü də bağlanılıb. Prefekturanın yerləşdiyi Site adasında əlavə təhlükəsizlik tədbirləri görülüb. Polislə yanaşı, ərazidə “Vijipirat” əks-terror dəstələri yerləşdirilib.

Son məlumatlara görə, öz həmkarlarına hücum edən prefekturanın əməkdaşı yerindəcə güllələnib. Binadakı bütün personal təxliyə edilib.

Paylaş
Xəbər lentİ