Güneyli soydaşlarımız, nəyi gözləyirsiniz? - Azərbaycanı yox etmək istəyən rejimə qarşı...

Oxunma sayı: 125
27-01-2023, 17:29

Güneyli soydaşlarımız, nəyi gözləyirsiniz? - Azərbaycanı yox etmək istəyən rejimə qarşı...
İran molla-fars rejiminin Azərbaycana qarşı kini-küdurəti artıq sərhədləri aşmaqda, bütün qırmızı çizgiləri keçməkdədir. Bu gün Azərbaycan səfirliyinə edilən terror hücumu bu məqamı xüsusilə açıq şəkildə göstərdi. Hücum nəticəsində diplomatik nümayəndəliyin Mühafizə Xidmətinin rəisi Orxan Əsgərov öldürülüb, digər iki nəfər isə yaralanıb.

Azərbaycan səfirliyinə bu terror hücuma görə İran məsuliyyət daşıyır. İran rəsmiləri hücumun şəxsi səbəblər zəminində baş verdiyini iddia etsələr də, yenə də buna görə məsuliyyət daşıyırlar. Amma bu da İranı məsuliyyətdən azad etməyəcək, Azərbaycanın fikrinə zərrə qədər də təsir etməyəcək. Çünki hər şey çılpaqlığı ilə ortadadır.

İdarə etdiyi maşını səfrirlik əməkdaşlarının avtomobilinə çırparaq saxlayan şəxsin belə bir hücum planı öncədən düşünülmüşdür. Azərbaycanlı səfərlik əməkdaşlarını diqqətlə izlədiyi bəlli olan terrorçu qapı bağlanan anda artıq bu hadisəni törətməklə həmin şəxslərin səsi duyaraq yenidən qapını açıb geri dönməsi məqsədi ilə bu addımı atır, necə ki baş verdi. Terrorçu qapıda duran İran polisini öldürmür, ona sadəcə əl hərəkəti ilə nəyisə işarə edir. Videodan görünür ki, İran hüquq-mühafizə orqanının əməkdaşı heç bir şey etmir. Bu kadrlar da deməyə əsas verir ki, bu şəxs bilavasitə İran xüsusi xidmət orqanlarınn tapşırığı əsasında hərəkət edib və bu teraktın baş verəcəyindən İranın bütün güc strukturları xəbərdar olub.



İranın açıqlaması isə təəccüb doğurur və gülüncdür. Tehran terror aktını şəxsi əlaqələr zəminində az qala məişət hadisəsi kimi təsvir etsin. Bunun özü də İrana qarşı şübhələri artırır. Terror olayından sonra İran polisi açıqlamasında "yanında iki uşaqla səfirlik binasına gəlib" bəyanatı ağ yalandan, dezinformasiyadan başqa bir şey olmadı. İran hüquq-mühafizə orqanlarının elə ağı yalanını yayılan videokadrlar təsdiqləyir. Hadisəyə "ailə-məişət zəminində" donu geyindirməyə çalışan İran polisi təbii ki, bunu özbaşına yox, molla rejimindən ona öncədən verilən təlimata uyğun şəkildə edir.

Tehrandakı Səfirliyimizə edilən silahlı hücum terror hadisəsi olmaqla yanaşı İranın ölkəmizə qarşı yeni təhdidi kimi qiymətləndirilməlidir. Adı terroru maliyyələşdirən ölkələr siyahısında olan İranda baş verən hadisə Vyana Konvensiyası daxil olmaqla beynəlxalq hüquq prinsiplərinin kobud şəkildə pozulması deməkdir. Son illər Azərbaycana qarşı düşmənçilik mövqeyi ilə seçilən İranda baş verən bu hadisə bir daha təsdiq edir ki, Tehran bütün vasitələrdən istifadə edərək Bakının gözünün odunu almağa açlışır. Bunu iranın bir nəbz yoxlaması da adlandıra bilərik. İstisna edilmir ki, bundan sonra daha böyük terakt planları hazırlana bilər.

Artıq Azərbaycan İrandakı səfirliyimizin digər əməkdaşlarını Azərbaycana təxliyə edib. Buradan belə nəticəyə gəlmək olur ki, rəsmi Bakı terror aktının arxasında Tehran rejiminin dayandığına şübhə etmir.

Lakin İran unutmamalıdır ki, Azərbaycan istər cənubdan, istərsə də digər istiqamətlərdən gələcək təhdidlərə cavab vermək iqtidarındadır. Erməniyə qardaş deyib, onun təhlükəsizliyini öz qırmızı xətti hesab edən İran molla-fars rejimi bir müddət öncə Tehranın İrəvan ilə qardaşlaşdığını rəsmi olaraq elan etdi. Bundan günlər sonra isə Tehrandakı bu terakt "qırmızı xətti"in Azərbaycana qarşı "qırmızı xətt"in keçilməsindən başqa bir şey deyil.

Paylaş
Xəbər lentİ