Körpə işgəncə ilə öldürüldü: anası və 3 kişi tutuldu

Oxunma sayı: 99
28-01-2023, 19:55

Körpə işgəncə ilə öldürüldü: anası və 3 kişi tutuldu
Türkiyədə körpə vəhşicəsinə öldürülüb.

Arasdırma.info yerli mediaya istinadla xəbər verir ki, hadisə Denizli vilayətində Pamukkale qəsəbəsində baş verib. Burada körpənin uzun müddət ağladığını eşidənlər polisə və təcili tibbi yardıma məlumat veriblər. Hadisə yerinə gələn həkimlər uşağın öldüyünü müəyyən ediblər

Polis əməkdaşları isə 2 yaşlı Murat Aslan Kılıçın ölümünə görə, anası 27 yaşlı Güler Kılıçı və daha 3 kişini saxlayıblar.

Azyaşlının meyiti isə müayinə üçün məhkəmə-tibbi ekspertizasına təhvil verilib. Aparılan müayinə nəticəsində körpənin başından aldığı zərbə nəticəsində öldüyü üzə çıxıb. Bundan əlavə, onun bədənində siqaret yanıqları da müəyyən edilib.//lent.az

Araşdırmalar zamanı məlum olub ki, uşağın atası narkotikə görə həbsxanada cəza çəkir.
Körpə işgəncə ilə öldürüldü: anası və 3 kişi tutuldu

Paylaş
Xəbər lentİ