İran vuruldu:Molla rejimi şokda

Oxunma sayı: 104
29-01-2023, 09:29

İran vuruldu:Molla rejimi şokda
İranın müxtəlif bölgələrində strateji obyektlərə hava hücumu olub.

Arasdırma.info xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkədə yayılıb.

Sosial şəbəkə istifadəçiləri ölkənin paytaxtı Tehran başda olmaqla Rəşt, Təbriz, İsfahan və digər şəhərlərindən hava partlayışların əks olunduğu videolar paylaşırlar. Videogörüntülərdə hava hücumunda müdafiə sistemlərinin, həmçinin atışmaların səsləri eşidilir. Ölkənin bir sıra şəhərlərində hava həyəcanı siqnalı verilir.

“Al Arabiya” nəşri İsrail KİV-ə istinadən bildirib ki, İsrail İran daxilində əməliyyat keçirir. Xatırladaq ki, hadisələr İsrailin Baş naziri Benyamin Netanyahunun Qüdsdəki terror hücumlarına dərhal cavab veriləcəyini bəyan etməsindən sonra başlayıb.

İran Müdafiə Nazirliyi İsfahanda quruma aid olan zavodda partlayışın “uğursuz dron hücumu” ilə əlaqələndirib. Bununla belə, hələlik ölkə rəhbərliyi səviyyəsində rəsmi açıqlama verilməyib.

Paylaş
Xəbər lentİ