“Məşhur bir tikinti şirkəti Kamal Sunala…” – Xanımı illər sonra bu haqda ilk dəfə danışıb.

Oxunma sayı: 107
17-02-2023, 01:09

“Məşhur bir tikinti şirkəti Kamal Sunala…” – Xanımı illər sonra bu haqda ilk dəfə danışıb.
Türkiyənin Kahramanmaraş şəhərində baş verən və fəlakətə səbəb olan zəlzələdən sonra əfsanəvi aktyor Kamal Sunalla bağlı hadisə sosial mediada gündəm olub.

Arasdırma.info xəbər verir ki, komediya ustadının xanımı Gül Sunal illər əvvəl həyat yoldaşına gələn təklifdən bəhs edib.



O bildirib ki, 1980-ci illərdə böyük və məşhur bir tikinti şirkəti Kamal Sunala reklam çarxında oynamağı təklif edib:

“Şirkət sahibi Kamala Antalya, Ayvalık, Marmaris, Çeşmedə tikiləcək böyük binaların reklam siması olmağı təklif etdi. Qarşılığında Kamala həmin ərazilərdə bir neçə villa veriləcəkdi. Lakin Kamal təklifi düşünmədən rədd etdi”.

“MƏN VİCDANIMA NECƏ HESAB VERƏCƏYƏM?”

Komediya ustadına “Niyə qəbul etmədin? Antalyada evimiz olsa, çox gözəl olardı” deyən xanımı Kamal Sunalın verdiyi cavabı da diqqətə çatdırıb:



“Gül, insanlar həmin evləri reklam siması mən olduğum üçün mənə güvənib alacaqlar. Sabah o evlər dağılsa, mən vicdanıma necə hesab verəcəyəm?”

Qeyd edək ki, Türkiyə kinematoqrafiyasının əfsanəvi aktyoru, yumor ustadı və rejissor Kamal Sunal 1944-cü il 11 noyabrda (Əslində 10 noyabr. Atatürkün ölüm günü ilə eyni olduğu üçün doğum gününü dəyişdirib) İstanbulda anadan olub, 3 iyul 2000-ci ildə film çəkilişləri üçün Trabzona uçarkən təyyarədə infarktdan vəfat edib. Azərbaycanda da çox sevilən əfsanəvi aktyor “İnək Şaban” ləqəbi ilə tanınıb və yüzə yaxın filmdə rol alıb.



Xatırladaq ki, episentri Kahramanmaraşın Pazarcık rayonu olan zəlzələ 6 fevralda baş verib. 7,7 və 7,6 maqnitudalı və təxminən 2 dəqiqə davam edən zəlzələ Kahramanmaraş, Kilis, Diyarbakır, Adana, Osmaniye, Gaziantep, Şanlıurfa, Adıyaman, Malatya ve Hatayda böyük dağıntılar törədib. Zəlzələ nəticəsində 35 418 nəfər həlak olub, 105 505 nəfər yaralanıb. 12 141 bina və 66 058 qeyri-yaşayış sahəsi dağılıb və ya ağır zərər görmüş vəziyyətdədir.

Paylaş
Xəbər lentİ