.Güclü zəlzələ Kahramanmaraşı yenidən silkələdi

Oxunma sayı: 102
19-02-2023, 02:39

.Güclü zəlzələ Kahramanmaraşı yenidən silkələdi
Türkiyənin Kahramanmaraş vilayətinin Göksun rayonunda 5,1 maqnitudalı zəlzələ baş verib.

Arasdırma.info xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ ətraf vilayətlərdə də hiss olunub.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.//publika

Paylaş
Xəbər lentİ