Məşhur iş adamı 8 il həbs edildi - FOTO

Oxunma sayı: 103
28-02-2023, 07:56

Məşhur iş adamı 8 il həbs edildi - FOTO
Gürcüstanda saxlanılan Metro Şirkətlər Qrupunun sahibi, məşhur iş adamı Qalip Öztürk 8 il müddətinə azadlıqdan məhrum edilib.
Arasdırma.info Türkiyə mediasına istinadən xəbər verir ki, Hakim Levan Kolbaya bildirib ki, Öztürk narkotik və psixotrop maddələri qanunsuz əldə etmək və saxlamaqda təqsirli bilinib.

Məhkəməyə onlayn qatılan Öztürk ittihamları qəbul etmədiyini bildirib.

Öztürkün vəkili Tengiz Kahidze Batumi Şəhər Məhkəməsinin qərarından apellyasiya şikayəti verəcəklərini deyib.

Prokuror Levan Murvanidze hazırkı qərarın qanuni və ədalətli olduğunu qeyd edib: "Təqsirləndirilən şəxsin qanunsuz əməli təkzib oluna bilməz və dəlillərlə sübuta yetirilib”.

Qeyd edək ki, Türkiyə və Gürcüstan vətəndaşı olan iş adamı Öztürk 2022-ci il mayın 30-da Batumidəki evində saxlanılıb.//azxeber
Məşhur iş adamı 8 il həbs edildi - FOTO

Paylaş
Xəbər lentİ