"Rusiya Federasiyası dağılacaq" - Dövlət Dumasının keçmiş deputatı

Oxunma sayı: 109
2-03-2023, 22:32

"Rusiya Federasiyası dağılacaq" - Dövlət Dumasının keçmiş deputatı
"Rusiya Federasiyasının dağılması bu və ya digər dərəcədə qaçılmazdır".

Bu barədə rusiyalı müxalifətçi, sosioloq və Dövlət Dumasının keçmiş deputatı İqor Yakovenko UNİAN-a müsahibəsində buna əminliyini qeyd edib. Onun sözlərinə görə, hazırda çox güclü, mərkəzdənqaçma meylləri var ki, güc yolu ilə yatırıldığı üçün onlar indi görünmür və hiss olunmur.

“İndi imperator, güc yolu ilə saxlayan dövlət yox olarsa, mərkəzdənqaçma hərəkatları üstünlük təşkil etməyə başlayacaq və Rusiya kart evi kimi dağılmağa başlayacaq. Həm də təkcə Tatarıstan, Tıva, Yakutiya, Şimali Qafqazdakı milli respublikalarda ayrılma potensialı kifayət qədər güclüdür.

Həmçinin, Rusiyanın regionlarında, məsələn, Uzaq Şərq, Ural, Sibir, Kamçatka və digər bölgələrdə bu tendensiya üstünlük təşkil edəcək. Mütləq qələbə çalacağını iddia etsə də, Rusiyanın məğlubiyyəti ilə özünü göstərməyə başlayacaq”, - ekspert qeyd edib.

Yakovenkonun sözlərinə görə, Rusiyada növbəti iğtişaşlar baş verəcək, imperialist müharibəsi əmlakın və ərazilərin yenidən bölüşdürülməsi üçün mafioz klanların müharibəsinə çevriləcək.

Paylaş
Xəbər lentİ