Gürcü xalqı nəyə etirazlar edir?

Oxunma sayı: 103
9-03-2023, 07:50

Gürcü xalqı nəyə etirazlar edir?
Xəbər verdiyimiz kimi ötən gün Gürcüstan parlamenti “xarici agentlər” haqqında qanun layihəsini ilk oxunuşda qəbul edib. Qanun layihəsinin qəbulu Tbilisidə etirazlara səbəb olub. Minlərlə gürcüstanlı Tbilisi küçələrinə çıxıb. Polislə qarşıdurma yaranıb

Bu qanun layihəsi niyə gürcülərin etirazına səbəb olub? Qanun layihəsinə əsasən, gəlirlərinin 20 faizdən çoxunu xarici mənbələrdən əldə edən media subyektləri və qeyri-hökumət təşkilatları xarici təsir agentləri kimi qeydiyyatdan keçməli olacaqlar.

Qeyd edək ki, eyni qanun Rusiyada da qəbul edilib. Xalq isə bunu Rusiyayönümlü siyasət adlandırıb.

Ən önəmlisi isə bu layihə gələcəkdə Avropa İttifaqına qoşulmaq istəyən Gürcüstana maneə yaradır. Belə ki, Aİ-nin Gürcüstandakı səfiri xəbərdarlıq edib ki, "Xarici təsirin şəffaflığı haqqında” layihə Aİ prinsiplərinə ziddir.

Paylaş
Xəbər lentİ