Qətərdə bütün koronavirus məhdudiyyətləri ləğv edilib

Oxunma sayı: 101
9-03-2023, 08:21

Qətərdə bütün koronavirus məhdudiyyətləri ləğv edilib
Qətər hökuməti koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunan bütün məhdudiyyətləri ləğv edib.

Arasdırma.info xəbər verir ki, bu barədə hökumətin kommunikasiya idarəsinin tviter səhifəsində dərc olunmuş bəyanatında deyilir.

Qeyd olunub ki, ölkənin Nazirlər Şurası bütün vətəndaşların, sakinlərin və ölkəyə gələnlərin tibb müəssisələrində maska ​​taxması tələbi istisna olmaqla, COVID-19 ilə bağlı əvvəllər tətbiq edilmiş bütün məhdudiyyətləri aradan qaldırmaq barədə qərar qəbul edib.

Əvvəllər tibbi maskaların taxılması yalnız səhiyyə müəssisələrində, ictimai nəqliyyatda və xidmət işçiləri üçün məcburi idi.//report

Paylaş
Xəbər lentİ