Dünyanın ən “qonaqsevməz” ölkələri

Oxunma sayı: 99
18-03-2023, 00:51

Dünyanın ən “qonaqsevməz” ölkələri
2023-cü ildə ən “qonaqsevməz” ölkələr Şimali Koreya, Türkmənistan və Əfqanıstan olub.

Lent.az-ın xəbərinə görə, bu barədə Passport Index yazır.

Reytinq tərtib edilərkən vətəndaşlarının bu dövlətlərə vizasız daxil ola biləcəyi ölkələrin sayı nəzərə alınıb. Belə ki, dünyanın heç bir başqa ölkəsinin heç bir sakini xüsusi icazə olmadan KXDR, Türkmənistan və Əfqanıstana daxil ola bilməz.


Siyahıda Eritreya, Ekvatorial Qvineya, Əlcəzair, Sudan, Kamerun, Myanma, Yəmən, Suriya, Liberiya, Nauru, Konqo və Çad da yer alır.

Paylaş
Xəbər lentİ