Slovakiya Ukraynaya 13 ədəd “MiQ-29” bağışlayıb

Oxunma sayı: 99
18-03-2023, 08:44

Slovakiya Ukraynaya 13 ədəd “MiQ-29” bağışlayıb
Slovakiya və Ukrayna “MiQ-29” qırıcılarının Kiyevə təhvil verilməsi haqqında saziş imzalayıb.

Arasdırma.info xəbər verir ki, bu barədə Slovakiyanın TASR informasiya agentliyi məlumat yayıb.

Bildirilib ki, Slovakiyanın müdafiə naziri vəzifəsini icra edən Yaroslav Nad Ukraynanın Bratislavadakı səfiri Miroslav Kastran ilə respublikanın Kiyevə 13 ədəd “MiQ-29” qırıcı təyyarəsinin bağışlanmasına dair hökumətlərarası saziş imzalayıb.

Slovakiya tərəfi həmçinin Ukraynaya iki hava hücumundan müdafiə sistemi “Kub” təhvil verəcək.//report

Paylaş
Xəbər lentİ